Vilayət Eyvazovdan “102” Xidməti ilə bağlı əmr
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə "102" Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq.
Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaqdır.
Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaq.
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...