“Zirə”-“Qəbələ” oyunu heç-heçə ilə bitdi

13:35 07-10-2019 | icon 2777
“Zirə”-“Qəbələ” oyunu heç-heçə ilə bitdi

Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

Bu dəfə “Zirə” komandası “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvi İsgəndərov “Qəbələ”ni hesabda irəli çıxarıb. 67-ci dəqiqədə isə İlkin Muradov bərabərliyi təmin edib.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran “Zirə” 5-ci pillədə qalıb. “Qəbələ” isə 5 xalla 7-ci pilləyə yüksəlib.


Digər xəbərlər

0.27183198928833