“Şükür olsun ki, 3 xal qazandıq” - Qurbanov

13:36 07-10-2019 | icon 3418
“Şükür olsun ki, 3 xal qazandıq” - Qurbanov

“Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq". 

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VII turunda evdə "Sabah"ı məğlub etdikləri (2:0) matçdan sonra mətbuat konfransında deyib.

 

"Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi. Həm fiziki, həm psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmə problem ola bilərdi. Amma çox aktiv göründülər. “Sabah”a uğur arzulayıram. Asan qələbə olmadı”.


Digər xəbərlər

0.28071999549866