9 ayda 182 471 sayğac yenisi ilə əvəzlənib

19:45 14-10-2019 | icon 3671
9 ayda 182 471 sayğac yenisi ilə əvəzlənib
“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edilməsi prosesini davam etdirir.
 
Məlumata görə, bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib.

Bunun 90 846-sı istismar müddəti başa çatmış, 91 625-i digər səbəblərdən (müdaxilə, sərfiyyatı qeyd etməməsi və s.) əvəz edilmiş sayğaclardır.

Sentyabr ayı ərzində isə 24 154 sayğac yenisi ilə dəyişdirilib.

Digər xəbərlər

0.26946711540222