Şok hadisə - Ölü qəbirdən səsləndi: "Buraxın məni, qaranlıqdır" - Anbaan video
İrlandiyanın Kilkenni qraflığında cənazədə qəbirdən səs eşidən matəm iştirakçıları gülməyə başlayıb.
İrlandiyalı veteran Şey Bredli uzun sürən xəstəlikdən sonra oktyabrın 8-də vəfat edib.
Cənazə zamanı qəbirdən yüksək səslər eşidilib: “Mən haradayam? Məni burdan çıxarın! Bura qaranlıqdır! Bu nədir? Keşişdir? Mən qutudayam! Orada yox, burada – sizin qarşınızda! Mən ölmüşəm”.
Hər kəs çaş-baş qalıb. Bundan sonra qəbirdən mahnı səsi gəlib:
“Zəng vurdum ki, vidalaşım”.
Cənazənin videosu tezliklə geniş yayılıb. Onu Facebook”da İrlandiya Silahlı Qüvvələrinin bir qrup veteranının imzası ilə yayımlayıblar:
“Bu yaxınlarda bizdən hərbi və mülki yumorun fərqinin nə olduğunu soruşdular. Cavab sadədir: hərbidə yumor qara rəngdədir. 12 oktyabr Şey Bredlinin cənazəsi”.
Bredlinin qızı açıqlamasında irlandiyalı hərbiçinin mesajı ölümündən əvvəl yazdığını bildirib. Qeyd dinamiklər vasitəsilə səsləndirilib. /oxu.az
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...