Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdə VAR sistemi və dronlarla bağlı məsələ qaldırıb
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-dakı Teodor Teodoridislə görüşüb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutmuş görüşdə bir sıra məsələlər müzakirə olunub.
E.Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib. T.Teodoridis bildirib ki, noyabrın sonunda Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın üzvü olan bütün Milli Assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.
UEFA-nın baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının – dronların istifadəsi ilə bağlı olub. Bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.
Daha sonra E.Məmmədov Avro 2020-nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...