“Elinanın ölümü bu qədər ucuzdurmu?” - Vəkillər cəzadan narazıdır
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.
Müdafiə tərəfinin vəkilləri cəzadan narazılıqlarını ifadə ediblər. Vəkil Sevinc Əliyeva bildirib ki, Sevinc Abbasovanın ev dustağı olması nəzərə alınıb: “Nəticədə 2 il 6 ay azadlıqdan məhdudlaşdırıldı. Bu, biabırçılıqdır. Onun hər iki maddə ilə təqsirli olması birbaşa sübuta yetirilib. İş yetkinlik yaşına çatmayan şəxsin ölümüylə nəticələnib. Baş vermiş hadisənin mahiyyətinə, ağırlığına varılmadı. Bu qədər ucuzdurmu uşağın ölümü? Gözlədiyimizdən təxminlərimizdən də yüngül cəza təyin olundu. Heç azadlıqdan məhrum etmə ilə bağlı cəza istəmədilər”.
Xatırladaq ki, dövlət ittihamçısı keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib. Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...