“Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı

16:02 19-10-2019 | icon 2760
“Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatacaq. 2-ci dövrə 8-ci turun qarşılaşmaları ilə başlayacaq. İlk oyun günündə iki görüş baş tutacaq. 
 

Öncə ilk dövrəni maksimum nəticə ilə başa vurmuş “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. İlk dövrədə bu rəqibini 3 cavabsız qolla məğlub etmiş Ağdam klubu bu dəfə də favorit hesab olunur. 


Günün digər matçı “Keşlə” və “Sabah” arasında baş tutacaq. Paytaxt klublarının birinci dövrədəki duelində “Keşlə” minimal hesabla üstün olub. Bu dəfə necə olacağı maraqla gözlənilir.


Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.


Azərbaycan Premyer Liqası
8-ci tur

19 oktyabr


“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.


“Keşlə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”, 19:15.


Digər xəbərlər

0.20439410209656