Skampa festivalının direktorundan Musiqili Teatra təşəkkür məktub gəldi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından bildirilib ki, bu yaxınlarda Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa – 2019” Beynəlxalq Modern Teatr Festivalından uğurla qayıdan Azərbaycan Dövlət Akademik Musiqili Teatrına həmin festivalın direktoru və bədii rəhbəri Adonis Filipi tərəfindən təşəkkür məktubu ünvanlanıb.
Səmimi məktubda deyilir:
"Hörmətli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, sizin "21-ci Skampa" Beynəlxalq Teatr Festivalında iştirakınız çox xoş idi və təqdim etdiyiniz “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) tamaşasına görə yaradıcı kollektivinizə minnətdarlığımızı bildiririk. Dünya şöhrətli belə bir əsərin fərqli yozumu, sərgilədiyiniz özünəməxsus konsepsiyanız və aktyorlarınızın peşəkar səhnə məharəti göstərdiyiniz tamaşanı daha da maraqlı və baxımlı etdi.”
Təşəkkür məktubunda daha sonra qeyd olunur: “Azərbaycanın teatr mədəniyyətini Albaniyada da belə bir möhtəşəm festivalda görmək mənim reallaşdırmaq istədiyim çoxdankı arzum idi. Bu layihədə yüksək səviyyədə iştirakınıza görə bir daha sizə minnətdarlığımızı bildiririk, Skampa festivalının qapıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün hər zaman açıq olacaq.”
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...