“Biz bu şansı qaçırmamalıyıq” - Tahir Gözəl

01:33 25-10-2019 | icon 3148
“Biz bu şansı qaçırmamalıyıq” - Tahir Gözəl

Avropa Liqasının qrup mərhələsində növbəti matçını keçirən "Qarabağ" APOEL-lə bərabərə qalıb.

Qarşılaşmadan sonra açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl oyunu şərh edib.

 

““Qarabağ”ın oyunu möhtəşəm idi. Biz oyunumuzla qələbəyə layiq idik. Komanda bu gün ölkəni qürurulandırdı. Mübarizəmiz davam edəcək. Oyun mənə çox xoş təsir etdi. Belə davam etsək, daha yaxşı olacaq. “Qarabağ” meydanda dominantlıq edir. Kiprdə qarşılarında daha güclü komanda görəcəklər. Oyundan razı qaldım, amma nəticədən razı deyiləm. Üstünlük bizdədir və səhv buraxmamalıyıq. Qrupun ikinci favorit komandasıyıq. Biz bu şansı qaçırmamalıyıq".


Digər xəbərlər

0.30683088302612