Mehriban Əliyevanın tapşırığıyla Elçibəyin evi təmir edildi - Fotolar
Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.
Elçibəyin oğlu Ərturqut Əliyev açıqlamasında Mehriban Əliyevaya təşəkkür edib: "Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik".
Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.
Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək artıq təmir işlərinin başa çatdığını qeyd edib.
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...