BSU-da 20 Yanvar təşkilatçılarından birinin şərəfinə müsabiqə keçirildi, hamı tənqid etdi
Bakı Slavyan Universitetinin bir qrup tələbəsinin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində qalib olmaları sosial şəbəkələrdə ciddi tənqid edilib.
Y. Primakov Azərbaycan xalqının yaddaşında Qarabağ faciəsi və qanlı 20 Yanvar təcavüzünün təşkilatçılarından biri kimi yadda qalıb. Həmin şəxsin xatirəsinə esse müsabiqəsi keçirilməsini isə bir sıra şəxslər cinayət adlandırıb. Belə ki, məsələ ilə bağlı Azərbaycan Xalq Hərəkatının liderlərindən olan Etibar Məmmədov, eks-Müsavat başqanı İsa Qəmbər və Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu kəskin reaksiya veriblər və bunu 20 Yanvar şəhidlərimizə qarşı böyük hörmətsizlik kimi dəyərləndiriblər.
Qeyd edək ki, müsabiqədə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri iştirak edib. Qalibləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatlandırıb.
“Qafqazinfo” məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovla əlaqə saxlayıb. Onlar məsələdən xəbərdar olduqlarını və bununla bağlı yaxın saatlarda açıqlama yayacaqlarını bəyan ediblər.
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...
-
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu
...
-
Mehriban Vəliyevaya yeni vəzifə verildi
...
-
Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi
...
-
Nazirlikdən Müəllimlər Günü ilə bağlı valideynlərə - Müraciət
...
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...