İki klub Azərbaycan kubokunda iştirakdan imtina etdi

19:32 31-10-2019 | icon 3054
İki klub Azərbaycan kubokunda iştirakdan imtina etdi

Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Yarışda 12 komanda - Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

Bu dəfəki yarışda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib.

Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlayacaq.

 

 

Digər xəbərlər

0.25445103645325