“Qarabağ” “Neftçi”yə qarşı

14:22 01-11-2019 | icon 2926
“Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

Ilk oyun günündə bir görüş baş tutacaq.

Turun açılış matçında son çempion “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi liderlə aradakı 8 xallıq fərqi azaltmaq üçün mütləq qələbə qazanmağa çalışacaqsa, Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləyib. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada da “Qarabağ” 2:0 üstün olmuşdu.

 

Sabah “Səbail”lə “Keşlə” üz-üzə gələcək. Tura bazar günü baş tutacaq “Qəbələ” - “Sabah” və “Zirə” - “Sumqayıt” oyunları ilə yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası
10-cu tur
1 noyabr

20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov,  Pərvin Talıbov, Kamal Umudlu
Bakı. “Bakcell Arena”.


Digər xəbərlər

0.28601694107056