“Bəzi hallarda gözləntilər hələ özünü doğrultmayıb” - Mikayıl Cabbarov
“Biz vergi islahatlarının birinci ilindəyik. 2018- ci ili keçid ili kimi elan etdik”
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “REAL” TV-yə verdiyi müsahibəsində deyib. O qeyd edib ki, yalnız inzibatçılıqda fərqli yanaşmaları 2018-ci ildə tətbiq edilib: “Qanunvericilik paketi 2017- ci ilin dekabrından öncə qəbul edilib. Vergi islahatlarının qanunvericilik paketi 2019- cu ilin yanvarın 1-dən tətbiq olunur. Ona baxmayaraq ötən 10 ay artıq gözlədiyimiz müsbət nəticələri verib. Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda gözləntilər hələ özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq. Amma məncə sual altına qoyulmayan odur ki, qısa müddət keçməsinə baxmayaraq biz vergi inzibatçısı ilə vergi ödəyicisi arasında münasibətin təbiətinin dəyişdirilməsinə nail ola bilmişik.
Mən deyə bilmərəm ki, bu proses başa çatıbdır. Bu daimi bir prosesdir. Hər iki tərəf daimi olaraq təkmilləşə bilər. Dostluq birtərəfli ola bilmir, dostluq hər zaman ikitərəfli bir yoldur. Çünki sən dost dedikdə güvənirsən, eyni zamanda, hər zaman özün güvənmək üçün insana hüquq verirsən. Deyəndə ki, hazırdırmı, yoxsa yox? Mən birmənalı şəkildə inanıram ki, Azərbaycanda iqtisadi fəaliyyətin subyektləri artıq böyük bir yol keçiblər. İnanıram ki, hər iki tərəf buna hazırdır. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq”.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...