“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir
Ölkənin ən gənc mobil operatoru “Nar”, gənclərin şəxsi və peşəkar inkişafına təkan verən təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in təşkilatçılığı ilə ötən gün baş tutan “Networking. Global Volunteer və Peşəkar Mühit” tədbirinin baş sponsoru qismində çıxış edib. “Qlobal Könüllü” proqramının məzunlarını və ölkənin iri korporativ şirkətlərinin professionallarını bir araya gətirən tədbir gənclərə faydalı ünsiyyət qurmaq şansı yaradıb.
Qlobal mübadilə proqramı əsasında xaricdə təcrübə keçmək istəyən tələbələr elə həmin proqramın məzunları ilə görüşüb onların real təcrübələrini dinləyə biliblər. Bundan başqa, tədbirdə iş müsahibələrinin uğurlu keçməsi və düzgün peşə seçimi ilə bağlı mühüm məlumatlar paylaşılıb.
300-dən çox gəncin qatıldığı tədbirdə “Nar” hazırda mövcud olan iş imkanları və təcrübə proqramları ilə bağlı geniş məlumat təqdim edib.
Mobil operatorun həyata keçirdiyi layihələrlə bağlı daha ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...