Əli Nağıyev Özbəkistanda saziş imzaladı

18:04 12-11-2019 | icon 3791
Əli Nağıyev Özbəkistanda saziş imzaladı

Noyabrın 7-də Özbəkistanın Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib.

Iclasda Azərbaycan DTX rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

General-leytenant Əli Nağıyev iclasda çıxış edərək bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir.

 

Ə.Nağıyev qeyd edib ki, həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alınıb.

Əli Nağıyev ilə Özbəkistan DTX sədri Abdusalom Azizov arasında görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri müzakirə olunub, sonda əməkdaşlıq haqqında saziş imzalanıb.

 



Digər xəbərlər

0.32164597511292