Vilayət Eyvazov Həzi Aslanovun yerinə onu təyin etdi - Foto

10:41 15-11-2019 | icon 2958
Vilayət Eyvazov Həzi Aslanovun yerinə onu təyin etdi - Foto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis təyin edib.

 

Nazir bununla bağlı bu gün əmr imzalayıb. Nazirin əmrinə əsasən, bu vəzifəyə Lənkəran Şəhər Polis Şöbəsinin rəisi polkovnik İslam Hümbətov gətirilib.

Qeyd edək ki, bunadək Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov olub. Bir neçə gün öncə nazirin əmri ilə Həzi Aslanov həmin vəzifədən azad edilərək, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

 

Polkovnik İslam Hümbətov


Digər xəbərlər

0.24099588394165