Prezident xanımı və qızı ilə tamaşada - Fotolar
Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksin Qalkinin yaradıcılıq axşamı olub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.
Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına mahnı ilə çıxıb. Azərbaycan Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğulayıb.
Azərbaycan dilini sevdiyini qeyd edən şoumenin ana dilimizdə “Azərbaycan dilini öyrənmişəm. Mən Azərbaycan dilində danışıram. Amma nə danışıram, özüm bilmirəm”, - deməsi gülüş, zarafat dolu bir gecənin başlanğıcından xəbər verib.
Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış edib. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filip Kirkorov, Valeri Meladze, Toto Kutuqno, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim edib.
Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi olub.
Gecənin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşüblər.
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...