“Ürəyimizi Şəkərli diabetdən necə qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir - VİDEO

11:12 18-11-2019 | icon 3691
“Ürəyimizi Şəkərli diabetdən necə qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir - VİDEO

15 noyabr 2019-cu il tarixində Akad.C Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutunda Respublika Endokrinologiya mərkəzinin mütəxəssisləri,
respublikanın aparıcı kardioloq, endokrinoloq və diyetoloqlarının iştirakı ilə
“Ümumdünya Diabet gününə” həsr edilmiş “Ürəyimizi Şəkərli diabetdən necə
qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.


Konfransı giriş sözü ilə institutun direktoru tibb üzrə elmlər doktoru Gülnaz
Dadaşova açaraq, bu gün Şəkərli diabetdən kardiovaskulyar ağırlaşmaların rast
gəlmə tezliyinin artmasını, statistikaya görə dünyada şəkərli diabeti olan hər 3
xəstədən 2-sinin bu ağırlaşmalardan və insultdan dünyasını dəyişdiyini qeyd
etmişdir. O, hər il “Ümumdünya Diabet gününə” həsr edilmiş müxtəlif tədbirlərin,
aksiyaların keçirilməsinin ictimaiyyətin bu xəstəliyin fəsadları, ağırlaşmaları,
onların müalicə və profilaktikası barədə məlumatlandırılmasına səbəb olduğunu
söyləmişdir.

Sonra ATU-nun Daxili Xəstəliklər kafedrasının Professoru,
Respublikanın əməkdar həkimi tibb üzrə elmlər doktoru Tamfira Əliyeva çıxış
edərək, “Diabet gününün” niyə məhz 14 noyabr tarixində keçirilməsi barədə və
belə tədbirlərin zəruruliyi haqqında danışdı.

Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdiri tibb üzrə elmlər doktoru prof. Valeh
Mirzəzadə şəkərli diabetin bu gün epidemiologiya və fəsadları haqqında qısa
məlumat verərək, bu konfransın məhz Kardiologiya institutun Akad.C Abdullayev
adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilməsini təqdirəlayiq bir addım
kimi qiymətləndirmişdir.

Respublika Endokrinologiya mərkəzinin direktor müavini
Babək Salek də bu elmi-praktik konfransın əhəmiyyətini b ir daha qeyd etmişdir.

Bundan sonra Akad.C Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, endokinoloq
Fəridə Yaqubova, diyetoloqlar Emil Hidayətli və Sumarə Qaracayeva məruzələrlə
çıxış edərək, şəkərli diabet və onun ağırlaşmalarının qarşısının alınması, müalicəsi,
profilaktikasına dair məqamlar, diyetologiya və nutrisiologiyanın əsaslarını
vurğulanmışdır.

Konfransın sonunda müzakirələr aparılmış, endokrinoloq və kardioloqların
sıx əməkdaşlıq etməsinin zəruri olduğu qeyd edilmişdir.


Digər xəbərlər

0.26047682762146