Prezident yeni səfirlərlə görüşdü - Fotolar

13:00 18-11-2019 | icon 3168
Prezident yeni səfirlərlə görüşdü - Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

Prezident bu gün, həmçinin İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini də qəbul edib.

Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. 

 


Digər xəbərlər

0.21826601028442