“Şahənşah”dakı zəhərlənmə ilə bağlı restorandan açıqlama
“Şahənşah” şadlıq sarayında baş vermiş zəhərlənmə ilə bağlı restoranın inzibatçısı Zaur Abdullayev açıqlama verib.
Z. Abdullayev Azeripress.az-a açıqlamasında bildirib ki, toyda zəhərlənmə iddialarının heç bir əsası yoxdur. Toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov onlara şər atır.
"Hal - hazırda da monitorlarda həmin toyun kadrlarına baxırıq. Toy yüksək səviyyədə keçirilib. Hamını yola salmışıq. Bəylə gəlinin və qonaqların səhhətlərində heç bir problem olmayıb. Toyun sabahı gün bəy video çəkiliş olan disk aparmağa gəldi. Hətta bildirdi ki, anasının rəfiqələrindən kimsə toya nəmər yazdırmayıb. O məsələyə görə maraqlanırdı, çəkilişə baxmaq istəyirdi. Bundan iki gün sonra gəlib bizə bildirir ki, qonaqlar toyda zəhərləniblər. Onların müalicəsi üçün təzminat ödəməlisiniz.
Biz ilk dəfə deyil ki, bu sahədə çalışırıq. Toydan üç gün sonra zəhərlənmə olmur. Bizdə isə ümumiyyətlə belə hal yaşana bilməz. Tamamilə absurd iddiadır. Şər böhtandan başqa bir şey deyil. Bir daha qeyd edirəm ki, toy günü də, toyun sabahı günü də, o biri günü də yanımda olub. Heç bir problem də olmayıb. Necə oldu ki, toydan üç gün sonra zəhərlənmə oldu?"
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...