Xətainin heykəlinin yeri dəyişdirilir - Fotolar
Son günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır. Heykəl indiki yerindən bir qədər aralıya, həmin küçədə yerləşən, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündəki parkın ərazisinə köçürüləcək. Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Bundan sonra abidə ziyarətçilər üçün əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.
Qeyd edilir ki, həmin küçədə hərəkətin intensiv olması ilə əlaqədar yolun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalıb, onu ziyarət etmək istəyənlər üçün çətinlik yaradırdı. Bununla bağlı yaranan narazılıqlar ara-sıra sosial şəbəkələrdə də dilə gətirilirdi.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə müraciət etsək də, bu barədə geniş məlumat verilməyib.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...