Puta qəsəbəsində səyyar görüş keçirilib - Foto
Qaradağ rayonu Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.
Səyyar görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə yanaşı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.
Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi üzrə nümayəndəsi Lalə Məhərrəmovanın 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.
Səyyar görüş sakinlərin böyük fəallığı, yaradılan səmimi ab-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatında keçib.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayıblar. Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...