“Neftçi”də daha bir qvineyalı

11:29 27-11-2019 | icon 2692
“Neftçi”də daha bir qvineyalı

Neftçi” baxışa daha bir futbolçu dəvət edib.

Bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur. “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdür. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.
 
Digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.


Digər xəbərlər

0.26833200454712