Əli İnsanovun partiyasının adı plagiat çıxdı - Foto
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyası (HƏP) ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.
Məlumatda Ə.İnsanovun partiyasının adının plagiat olması və bunu onun çevrəsindəki çox adamın bilməsi qeyd olunur.
Belə ki, 2006-cı ilin sonunda Qərbi Azərbaycana Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbov Haqq və Ədalət Partiyasının təsis qurultayının keçirilməsinin təşkili üçün 21 nəfərdən ibarət təşkilat komitəsi qurub və elan edib. Qısa zaman içində Təşkilat Komitəsinə yeni üzvlər daxil oldu və TK-nın sayı 55 nəfərə çatıb. Ə.İnsanov da o zaman vəkili vasitəçiliyi ilə HƏP-in qurulması işindən xəbərdar olub.
Bundan öncə, 2005-ci ildə isə Haqq və Ədalət Siyasi Bloku yaradılıb. Həmin vaxt Ə.İnsanov səhiyyə naziri olub. Seçkidən sonra blok fəaliyyətini dayandırıb və R.Talıbov Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsini elan edib.
Redaksiyamıza məlumat verən mənbə deyir ki, həmin vaxt bu partiyanın qurulması ilə bağlı media orqanları da yazıb və bu səbəbdən Ə.İnsanovun partiyasına "oğurluq ad" qoyması birmənalı qarşılanmayıb. Buna sübut olaraq R.Talıbovun eyni adda qəzetə rəhbərlik etməsi, daha doğrusu, zamanında "Haqq və Ədalət" adlı qəzet nəşr etdirməsi də sübutlar sırasındadır.
Partiya üzvü kimi cəmiyyətə təqdim olunan, daha sonra da bununla bağlı təkzib verən İsfəndiyar Vahabzadə də müsahibəsində qeyd edib ki, o, partiyanın adının İttihad və Tərəqqi olmasını təklif edib, amma çoxluq HƏP adına səs verib.
Musavat.com bəzi arxiv materiallarını araşdıranda R.Talıbovun baş redaktor olduğu qəzet üzə çıxıb. Bundan başqa, bir çox media orqanlarında 2006-cı ildən etibarən R.Talıbov Haqq və Ədalət Blokunun həmtəsisçisi, həmsədri kimi təqdim olunub.(musavat)
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...