“Qarabağ üçün oxu-3”ün kastinqi başlayır

17:20 29-11-2019 | icon 3895
“Qarabağ üçün oxu-3”ün kastinqi başlayır

İzləyicilər tərəfindən çox sevilən və xeyli müddətdir ki, böyük maraqla davamı gözlənilən “Qarabağ üçün oxu” layihəsinin 3-cü hissəsinin kastinqi başlayır.

Layihənin rəhbəri Ramal Rəsuldur.  “Məndən bəlkə də yüzlərlə, minlərlə dəfə soruşublar ki, “Qarabağ üçün oxu”nun üçüncü hissəsi nə vaxt hazır olacaq? Nəhayət, bizi gözləyənlərə müjdə verə bilərəm: az qaldı, ən uzağı 3 aya sizə elə bir musiqi ziyafəti təqdim edəcəyik ki, dadı uzun zaman damağınızdan getməyəcək,- deyə R. Rəsul AzVision.az-a bildirib.

Layihədə iştirak etmək istəyənlər

[email protected]

https://www.facebook.com/qarabaguchunoxu

https://www.instagram.com/qarabag_uchun_oxu

ünvanlarına yaza, yaxud, layihəni rəhbəri Rəmal Rəsulla (0557536787) əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin əvvəlki iki buraxılışı youtube-da 2.1 milyon baxış toplayaraq, böyük marağa və rəğbətə səbəb olmuşdu. Həmin videoları da bir daha sizə təqdim edirik.

 

 

Digər xəbərlər

0.20366883277893