“TANAP Türkiyə və Azərbaycan arasındakı köklü dostluğun rəmzidir” - Ərdoğan
“Çox dəyərli qardaşım İlham Əliyevin şəxsən diqqəti, Gürcüstanın aidiyyəti qurumlarının əməkdaşlığı, bu layihədə əməyi olan qardaşlarımızın səyləri ilə TANAP-ı bugünkü səviyyəyə gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin hədər getmədiyini görürük. “Enerjinin İpək yolu” adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində səsləndirib.
“Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir”, - deyən R.T.Ərdoğan qeyd edib ki, TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gəlib. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb.
TANAP Türkiyənin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.
“Bundan sonra əsl məsuliyyət sərhədin o biri tərəfindəki qonşularımızın üzərinə düşür. Avropaya qaz nəqlinin başlaması üçün Trans-Adriatik təbii qaz boru kəməri – TAP qısa müddətdə başa çatdırılmalıdır. İnşallah, TAP-ın 2020-ci ildə başa çatdırılmasını gözləyirik”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Aralıq dənizindəki bütün tərəflərə çağırış edərək deyib:
“Gəlin, enerjini münaqişə vasitəsi əvəzinə, əməkdaşlıq zəmininə çevirək. Diplomatiyanın imkanlarından istifadə etmək var ikən, bölgəyə yeni qurbanlar verdirəcək yollara əl atmayaq!”.
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...