Azərbaycan cüdoçuları Tokio toplanışına başladılar
Azərbaycanın cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandasının aparıcı üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadılar. Idmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva iştirak edirlər.
Qeyd edək ki, cüdoçularımızın bu il üçün ən ciddi son sınağı dekabrın 12-dən 15-dək Çində keçiriləcək nüfuzlu "Masters" yarışı olacaq. Dünyanın ən güclü cüdoçularının qatılacağı beynəlxalq turnir Tokio-2020 Olimpiadasına lisenziya xarakteri daşıyacaq.
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...