TƏCİLİ: Cəbhədən ƏN SON XƏBƏR
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.
Publika.az xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Hüseynlə Aqşin Azərbaycana təhvil verildi
...
-
Azərbaycanla Ermənistan arasında hərbçilər qarşılıqlı azad edilir
...
-
Terrorçu rejim Azərbaycanda mülki aviasiyaya belə radiomaneələr edib - DTX
...
-
“Şahramanyan sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”
...
-
Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - Video
...
-
Ordumuzun müsadirə etdiyi silahların yeni - Siyahısı
...
-
Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi+Foto
...
-
Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub
...
-
“Mən azərbaycanlıları çox sevirəm” - Qarabağ ermənisi - Video
...
-
Antiterror tədbirləri dayandırıldı - MN-dən rəsmi açıqlama
...