Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb.
Federasiyanın I vitse-prezidenti Faiq Qarayev yığmaya məsləhətçi təyin olunub.
Komanda isə Famil Ağayev, Vasif Tаlıbov və Eldar Yusubovdan ibarət məşqçilər heyətinə tapşırılıb. Komandanın meneceri isə Oksana Parxomenko olacaq.
Millinin ilk sınağı Hollandiyada Avropa olimpiya təsnifat turniri olacaq. Apeldorn şəhərində baş tutacaq turnir 7 - 12 yanvara təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşaya qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika yer alacaq. Turnirin qalibi olimpiadaya vəsiqə qazanacaq.
Qarayev turnirin başlama vaxtından narazılığını bildirib. Onun sözlərinə görə, turnirin yeni ilin ilk günlərində start götürməsi voleybolçuların hazırlığına təsirsiz ötüşməyəcək.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...