Bu YAP-çı deputatlar yenidən namizəd olacaq
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədləri müəyyənləşdirsə də, hələ siyahını açıqlamayıb.
Bəzi məlumatlara görə, YAP-ın namizədlər siyahısı dekabrın 15-də açıqlanacaq. YAP-ın icra katibi Əli Əhmədovun “burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz” sözlərindən sonra köhnə tərkibdən kimlərin siyahıda yer alacağı barədə müxtəlif məlumatlar yayılır.
Məlumatlarda köhnə tərkibdən olacaq namizədlərin arasında aşağıdakı şəxslərin adı çəkilir. Bahar Muradova , Ziyafət Əsgərov, Cavid Qurbanov, Eldar İbrahimov, Səyavuş Novruzov, Səməd Seyidov, Əli Hüseynov. YAP-ın həmçinin bitərəf deputatlar Qənirə Paşayeva, Adil Əliyev, Ülvi Quliyevə də dəstək verəcəyi haqda məlumatlar yayılıb.
Bu siyahı böyüyə də bilər. Çünki köhnə tərkibdən yeni parlamentdə təmsil olunmaq isətəyən başqa iddialılar da var. Bəzi məlumatlara görə, Hadı Rəcəbli, Zeynəb Xanlarova, Fəttah Heydərov, Arif Rəhimzadə, Hacı Madər Musayev, İmamverdi İsmayılov, Elmira Axundova və başqa bir neçə şəxs yenidən deputat seçilmək istəyir.
Məlumatlarda bildirilir ki, onlardan bəzilərinə artıq yox cavab verilib. Bu sırada xüsusilə Elmira Axundovanın adı çəkilir. İddia olunur ki, ona yeni parlamentdə təmsil olunmayacağı qəti şəkildə bildirilib.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...