Zelenski Şəhidlər xiyabanında - Fotolar+Video

15:00 18-12-2019 | icon 4830
Zelenski Şəhidlər xiyabanında - Fotolar+Video

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Şəhidlər xiyabanını ziyarət edib.

Ukraynanın dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 
 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

 



Digər xəbərlər

0.24768400192261