Afaq Bəşirqızı "Şəms" Milli Mükafatına layiq görülüb
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə, mədəniyyət tariximizdə xidmətlərinə görə sevimli səhnə ustası, "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı "Emedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.
Afaq Bəşirqızı ona və Akademik Musiqili Teatrın solisti, balet artisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevə təqdim olunan mükafata və teatrın digər istedadlı gənclərinə göstərilən diqqətə görə “Emedia group”un sədri Elşən Əliyevə minnətdarlığını ifadə edib.
"Bu mötəbər tədbirdə mükafatlandırılan xalqımızın nümunəvi millət vəkilləri, rəsmi şəxsləri, media nümayəndələri, iş adamları, incəsənət və digər sahələrdən olan peşəkarlarının sırasında çalışdığım Akademik Musiqili Teatrın solisti, Əməkdar artist Emin Əliyevin də olması məni sevindirir. O, Nəsimi ilində Akademik Musiqili Teatrın hazırladığı uğurlu layihələrindən biri – Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” balet-kompozisiyasının həm quruluşçusu və Nəsimi obrazının ifaçısıdır. Mükafat kollektiv zəhmətin nəticəsidir. “Şəms” Milli Mükafatlandırma mərasiminin bədii hissəsinə dolğunluq gətirən, dahi şairin həyat və yaradıcılığını əks etdirən digər tamaşa-kompozisiya teatrımızın istedadlı gəncləri – Zaur Əliyev, Əmrah Dadaşov, Fərid Rzayev, Nərmin Əliyeva, Zinyət Qurbanova, Əli Kərimov, Murad Əliyevin ifasında hamı tərəfindən rəğbətlə qarşılandı. Bütün bunlar bizim teatrın uğurudur! Davamlı olmasını arzulayıram”,- deyə A.Bəşirqızı çıxışında vurğulayıb.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...