Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü - Video
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva reanimasiyaya yerləşdirilən Xalq artisti Fəxrəddin Dadaşovla bağlı tapşırıq verib.
Bu barədə “Qafqazinfo”ya Xalq artistinin həyat yoldaşı Gülşən Dadaşova və qızı Pərvanə Dadaşova məlumat verib. Birinci xanımın tapşırığına əsasən kaman ustası hazırda müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdən (“Semaşko” xəstəxanası) Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.
Bir qədər əvvəl isə Prezidentin köməkçisi Anar Ələkbərov Fəxrəddin Dadaşova baş çəkib, Xalq artistinin müalicəsi ilə bağlı məsələlərin ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.
Xatırladaq ki, F.Dadaşov dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...