Dilarə Kazımova “Akustikhanə”yə dəvət aldı - FOTOLAR
Müğənni Dilarə Kazımova Türkiyənin ən populyar layihəsi olan “Akustikhane”yə dəvət olunub. Əsasən fərqli və bənzərsiz canlı ifaların yer aldığı verilişdə müğənni sevilən mahnılarını səsləndirib.
Türkiyədə və onun sərhədlərindən kənarda geniş kütlənin rəğbətini qazanan “Akustikhane”də Dilarə Kazımova xüsusi sevgiylə qarşılanıb. Onun canlı ifa tərzi və mahnıları geniş izləyici marağına səbəb olub. İfaçı “Sarı gəlin”, “Qurban adına”, “Danış” da daxil olmaqla “Akustikhanə”də 8 mahnı ifa edib.
Sənətə gəlişiylə bağlı sualları cavablandıran müğənni bildirib ki, bu sahəni seçməsində onun yaradıcı mühitdə böyüməsinin xüsusi rolu olub. Konservatoriya təhsili isə onu peşəkar musiqiyə gətirib.
Qeyd edək ki, 2010-cu ildən yayımlanan “Akustikhanə” özünəməxsus tərzi və ifası ilə seçilən müğənnilərin səs və video yazılarını yayımlayaraq geniş auditoriya toplayıb.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...