Zakir Həsənov döyüş hazırlığını yoxladı - Fotolar
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.
2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.
-
Sumqayıt ictimaiyyəti və gəncləri arasında ekoloji maarifləndirici tədbir keçirilib - FOTOLAR
...
-
Ordumuzun mövqeləri 16 dəfə atəşə tutulub
...
-
Ötən gün mövqelərimiz 30 dəfə atəşə tutulub - MN
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun Aprel qələbəsindən 8 il ötür
...
-
Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - Görüntülər
...
-
Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənistanın təxribatına qarşı “qisas əməliyyatı” keçirildi - Ciddi itkiləri var
...
-
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub - VİDEO
...