Bəhlul “Seltik” və “Sanderlend”in hədəfində

14:05 03-01-2020 | icon 3456
Bəhlul “Seltik” və “Sanderlend”in hədəfində

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə "Sabah"dan ayrıla bilər.

22 yaşlı müdafiəçi Şotlandiyanın "Seltik" və İngiltərənin "Sanderlend" klublarının maraq dairəsindədir. Böyük Britaniya təmsilçiləri Mustafazadəni qış transfer pəncərəsində almaq istədikləri oyunçuların siyahısına daxil ediblər.

"Seltik" qışda bir mərkəz müdafiəçisi almaq fikrindədir. Namizədlər arasında PSJ-nin 19 yaşlı malili futbolçusu Mussa Sissako ilə Bəhlul Mustafazadə var. "Sanderlend" isə uzun müddətdir Bəhlulu izləyir. "Qara pişiklər" müdafiə xəttindəki problemləri azərbaycanlı futbolçu ilə aradan qaldırmaq istəyir.

Qeyd edək ki, "Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) mübarizə aparır. Komanda 24 turdan sonra 32 xalla 23 komanda arasında 13-cü sırada qərarlaşıb.


Digər xəbərlər

0.23728394508362