Yunis Səfərovun məhkəməsi keçirilir

21:08 07-01-2020 | icon 3088
Yunis Səfərovun məhkəməsi keçirilir

2018-ci ilin iyul ayında Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevi başından güllələməkdə, onun mühafizəçisi olan polis əməkdaşı Qasım Aşbazovu yaralamaqda təqsirləndirilən Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb.

Məhkəmənin bu gün saat 11-ə təyin edilən ilkin hazırlıq iclası bir neçə dəqiqə əvvəl başlayıb və proses davam edir.

Lakin dustaqların Gəncəyə etap olunması ilə bağlı təhlükəsizlik tədbirlərinə görə iş Bakıda keçirilir. Gəncə məhkəməsinin hakimləri bu prosesi keçirmək üçün Bakıya ezam olunublar. Hazırda proses Sabunçu rayon məhkəməsinin inzibati binasında keçirilir. 

Y.Səfərovla birgə təqsirləndirilənlər - Ceyhun Salahov, Hamlet Abdullayev, Rasim Mustafayev, Cəfər Zalov, Vüqar Məmmədov, Akif Əliyev, Firudin Zeynalov, Ceyhun Qurbanov, Anar Bağırov, Ağa Sərxani, Mahir Əziz oğlunun barəsində cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə aparılır.

Bu dəstə ümumulikdə 32 maddə ilə ittiham olunur.

Bu işdə zərərçəkmişlər isə keçmiş başçı Elmar Vəliyev və polis Qasım Aşbazov, Elşən Nəsibov, Natiq Əhmədov, Elşən Süleymanov və İftixar Rüstəmovdur.


Digər xəbərlər

0.2516770362854