Yanvarın 17-si xüsusi dərslər keçiriləcək
“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.
Əmrə əsasən, yanvarın 17-si ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.
Bundan əlavə, 20 Yanvar hadisələrindən bəhs edən kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.
Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarət edəcəklər.
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...
-
Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
...
-
Bu həftə məktəblərdə payız tətili başlayır
...