Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il aksiyası keçirildi - Fotolar

21:29 07-01-2020 | icon 2918
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il aksiyası keçirildi - Fotolar

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün «AMORKIDS» adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.

Parka gələnləri Şaxta Baba qarşılayıb. O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.

 

 

 






Digər xəbərlər

0.27633380889893