Azərbaycan Niderlanda qarşı
Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start veriləcək.
Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığmanın iştirakı ilə baş tutacaq turnirin ilk günündə 3 matç keçiriləcək.
Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda mübarizə aparan Azərbaycan yığması da ilk görüşünə çıxacaq. Vasif Talıbovun baş məşqçi kimi debüt görüşündə millimiz meydan sahibləri ilə qarşılaşacaq. Yığmamızın sabiq baş məşqçisi Covanni Kapraranın rəhbərlik etdiyi “narıncılar” doğma divarlar arasında keçirilən turnirin favoritlərindən biri hesab edilir. Bu səbəbdən yığmamızın ilk matçdakı işi asan olmayacaq.
Qeyd edək ki, Azərbaycan və Niderland arasındakı son oyunda yığmamızın “sükanı arxası”nda olan C.Kaprara yetirmələrinin 0:3 hesablı məğlubiyyətinə üzülüb.
Qrup mərhələsi
B qrupu
7 yanvar
16:00. Almaniya - Türkiyə - 3:1(25:15, 21:25, 25:21, 25:21)
A qrupu
7 yanvar
19:00. Polşa - Bolqarıstan
22:30. Azərbaycan - Niderland
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...