Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirilib
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Fərid Mansurov çıxış edib.
O bildirib ki, nazir Azad Rəhimov da idman jurnalistikasının durumundan narazıdır. Bu səbəbdən də belə bir qurumun yaradılmasına ehtiyac var.
AİJF-nin prezidenti Qabil Mehdiyev isə çıxışında idman jurnalistikasında boşluq olduğunu bildirib. O, bu qurumun yaradılmasında əsas məqsədlərdən birinin idman jurnalistlərinin sosial durumunun düzəldilməsi, onların iş fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.
AİJF-nın rəsmi saytı və loqosu da artıq hazırdır. Qurumun saytı Sportsmedia.az domeni ilə fəaliyyət göstərəcək. Qurumun saytında yer alan “Mediadan seçmələr” bölməsində idman jurnalistlərinin maraqlı məqalələri əks olunacaq.
İlin sonunda isə həmin jurnalistlərdən ən yaxşısı mükafatlandırılacaq. Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatları təsis ediləcək. İlk mükafat il ərzində jurnalistlərlə yaxşı işləyən idman xadimlərinə və ya federasiya nümayəndələrinə, ikinci isə ən yaxşı idman jurnalistinə təqdim olunacaq.
AİJF-nin İdarə Heyəti doqquz nəfərdən ibarət olacaq: Qabil Mehdiyev (prezident), Fərid Mansurov (GİN), Cəmaləddin Rəhmanov (MOK), Ellada Mustafayeva (ADBTİA-nın idman jurnalistikası üzrə magistr proqramı), Firuz Abdulla (AFFA), Mahir Rüstəmli (“Futbol+” qəzeti), Vüqar Zeynalov (azerisport.com), Elşən Məmmədov (report.az), Sənan Şəfizadə (ATV).
İdarə Heyəti ayda bir dəfə yığışacaq. Orada təkliflər dəyərləndiriləcək, bəzi məsələlər müzakirəyə çıxarılacaq.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...