Mingəçevirin ən gənc namizədi kimdir?
Tanınmış ekspert Qurbanəli Ömərin (Qurbanəli Yusibov) deputatlığa
namizədliyi qeydiyyata alınıb. Bu barədə Q. Yusibov öz “facebook”
səhifəsində məlumat verib. Statusda bildirilib ki, O 47 saylı Mingəçevir
seçki dairəsindən qeydiyyata alınan ilk namizəd olub.
Qeyd edək ki, Qurbanəli Vidadi oğlu Yusibov 1987- ci ildə
Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. O, 2004- cü
ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. 2004- 2008- ci
illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr,
2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb.
2008- 2009- cu illərdə cəbhə bölgəsində həqiqi hərbi xidmətdə
olub.
2004- cü ildən ictimai fəaliyyətlə məşğuldur. 2006- ci ildən
müxtəlif media qurumlarında təmsil olunur. 2009- cü ildən onlayn
media, xüsusilə sosial media sahəsində ciddi fəaliyyət göstərir.
2009- 2012- ci illərdə Mingəçevir Turizm Kollecində tarix,
politologiya, sosiologiya və fəlsəfə fənnlərindən dərs deyib.
2010- cu ildə “Həsrətin odu” şeirlər kitabı ictimaiyyətə təqdim
olunub.
2010- 2015- cı illərdə yaradıcı gənclərə dəstək məqsədi ilə
yaratdığı “Gənclərin Söz Birliyi” İB- nin təsisçisi və sədri olub.
2010- 2016- cı illərdə "Sosial Xəbər" qəzeti və "Sosial Xəbər
İnformasiya Agentliyi"nin baş direktoru işləyib. Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür.
2013- cü ildə gənc yazarların əsərlərindən ibarət “Ömür” və 2014-
cü ildə isə “Gənc qələm sahibləri” adlı antologiyaların çapını
reallaşdırıb.
Yazdığı şeirlərə mahnılar bəstələnib, Azərbaycan və Türkiyədə
oxunulub.
2016- cı ildən "Blockchain" texnologiyası və onlayn yatırımlar,
xüsusilə kriptovalyutalar haqda araşdırmalar aparır, seminarlar
keçir və konsultasiyalar verir. Budapeşt, Tiflis, İstanbul, Ankara,
Antalya və Muğlada regional konfranslara qatılıb.
Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkə tavanlı onlayn təlim-
tədris platforması yaradıb. Bundan başqa bir neçə startap
layihənin müəllifidir və gənc startapçılar, tələbələr, o cümlədən bu
sektora maraqlı olan şəxslər üçün təmənnasız olaraq
maarifləndirmə işləri aparır.
Hazırda "ONMA Line Consulting" şirkətinin təsisçisi və
direktorudur.
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...