2019-cu ildə “Azəriqaz” İB-də-100 mindən çox yeni abonent qeydə alınıb

12:12 15-01-2020 | icon 3691
2019-cu ildə “Azəriqaz” İB-də-100 mindən çox yeni abonent qeydə alınıb
2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb. Bunun 57 466-sı Bakı, Abşeron və Sumqayıt, 42 902-si regionlar üzrədir. 2019-cu ilin dekabr ayında əhali sektoru üzrə 15 315 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8 148-i Bakı, Abşeron və Sumqayıt, 7 167-si regionların payına düşür. Beləliklə, ötən il əhali sektoru üzrə 2 milyon 247 min 618 abonent qeydə alınıb. Bakı şəhəri üzrə abonent sayı 863 868, regionlar üzrə isə 1 milyon 383 min 750 təşkil edir.
 
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb.

Digər xəbərlər

0.32041501998901