Artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandı
“Abonentə artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandırılıb”.
Bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər verib. Bildirib ki, göstəricidə mexaniki səhvə yol verilib və yaxın zamanda məsələ həllini tapacaq:
“Vətəndaşa vəziyyət izah olunub. Səhvə yol verən Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı cəzalandırılıb. Səhvin düzəldilməsi üçün sadəcə müəyyən qədər vaxt tələb olunur. Burada rəsmi şəkildə bir neçə prosedur keçirilməlidir. Göstəricidə yol verilən səhvlə bağlı düzəliş olacaq”. Xatırladaq ki, Masallı rayon Qızılavar kənd sakini Cəsarət Şahbazov redaksiyamıza müraciət edərək ona verilmiş qəbzdə qaz sərfiyyatı 1566 kub metr yazılsa da, sayğacda son göstəricinin 1329 kub metr olduğunu, 60 manat artıq borc yazıldığını söyləmişdi.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...