“Xaliq Faiqoğlu” şirkəti 199 saylı avtobusları yenilədi
199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına 23.01.2020-ci il tarixindən veriləcək.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...