“Azəriqaz”ın rəhbərliyi şimal bölgəsində vətəndaş qəbulu keçirəcək

19:10 23-01-2020 | icon 4207
“Azəriqaz”ın rəhbərliyi şimal bölgəsində vətəndaş qəbulu keçirəcək

Yanvarın 24-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.

Birlikdən bildirilib ki, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Siyəzən və Xızı rayonlarında vətəndaşların müraciətlərini dinləyəcək. Görüşün hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb. Vətəndaş qəbulu məkanları barədə Xaçmaz Regional qaz istismarı İdarəsindən, eləcə də Siyəzən və Xızı rayonlarındakı qaz xidmət sahələrindən məlumat əldə etmək olar.


Digər xəbərlər

0.2589168548584