Belaruslu məşqçi "Neftçi" ilə danışıqlar aparmasına münasibət bildirib

19:55 23-01-2020 | icon 2035
Belaruslu məşqçi
loading...

Litvanın "Zalqiris" komandasının baş məşqçisi Aleksey Baqa "Neftçi"nin ona təklif göndərməsinə münasibət bildirib.

 "15min.lt" saytına geniş müsahibə verən 39 yaşlı mütəxəssis ona gələn təklifləri gizlətməyəcəyini vurğulayıb.

Belaruslu məşqçi "sizin adınız "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olmağınız doğrudurmu" sualına belə cavab verib: "Gizlətməyəcəyəm. Klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim. Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".

Qeyd edək ki, "Neftçi" baş məşqçisi Roberto Bordinlə yollarını ayırıb. "Ağ-qaralar" mövsümün sonuna kimi köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb. Aleksey Baqa daha öncə Belarusun BATE komandasına rəhbərlik edib. 


Digər xəbərlər

0.23410320281982