Paralimpiya Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildirib ki, Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Hazırda federasiyanın Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Boccia bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında Stolüstü tennis bölmələri, Naxçıvan şəhərində Qolbol, Üzgüçülük və Ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir.
Federasiya sədri vurğulayıb ki, məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaq məqsədilə, ötən il ərzində paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə 8 muxtar respublika birinciliyi, 18 rayon birinciliyi, 2 yoldaşlıq görüşü keçirilib. Həmçinin, paralimpiyaçılarımız respublika və beynəlxalq yarışlarda da muxtar respublikamızı layiqincə təmsil ediblər. Belə ki, noyabr ayında Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının 3 təmsilçisinin 4 medal qazanması, Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində iştirak edən Paralimpiya Federasiyasının idmançısının öz çəki dərəcəsində uğurla çıxış edərək yarışda III yerin sahibi olması mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikada 207 sağlamlıq imkanı məhdud şəxs Paralimpiya Federasiyasının bölmə və qruplarında idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Paralimpiya Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilib. Belə ki, “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan qol güləşi, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, yüngül atletikanın 100 metr məsafəyə qaçış növü, dama, “Heydər Əliyev Kuboku” uğrunda sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş pouerliftinq, üzgüçülük, boccia, fiziki imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları arasında peyntbol, “3 dekabr-Beynəlxalq Əlillər Günü” münasibətilə şahmat üzrə muxtar respublika birincilikləri keçirilib.
Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov və məşqçi Zaur Hüseynov federasiya idmançılarının qazandıqları uğurlar barədə məlumat veriblər.
Sonda il ərzində uğur qazanan idmançılara federasiya tərəfindən hədiyyələr təqdim olunub.
İclas 2020-ci ildə görüləcək işlərin müzakirəsi ilə sona çatıb.
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...